"Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə müalicəsini və fərdi reabilitasiya proqramını xaricdə davam etdirir.
Klubdan Sportnet.az-a verilən məlumata görə, aparılan müayinələrin nəticələrinə əsasən, xroniki simfizit (osteitis pubis) diaqnozu (qasıq nahiyəsində xroniki zədə) qoyulan oyunçunun vəziyyəti mütəmadi olaraq nəzarətdə saxlanılır və bərpa prosesi plan üzrə davam edir.
Əvvəlki zədə ilə bağlı əməliyyatdan sonrakı bərpa prosesi tam normal gedir və həmin nahiyə üzrə hər hansı narahatlıq və ya problem qeydə alınmayıb. Müdafiəçinin meydanlara qayıdışının təxminən 5 həftə ərzində baş tutacağı gözlənilir.
Bəhlulun qayıdış vaxtı funksional qiymətləndirmənin nəticələrinə əsasən müəyyən ediləcək.














































































