UEFA Avroa Liqasının II təsnifat mərhələsində "Qarabağ"ın rəqibləri müəyyənləşib.
Sportnet.az xəbər verir ki, Azərbaycan təmsilçisi İslandiyanın "Vestri" komandasını üstələyəcəyi təqdirdə, MOİK (Sofiya, Bolqarıstan) - "Derri Siti" (İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq.
İlk oyunlar iyulun 23-də, cavab görüşləri iyulun 30-da keçiriləcək. "Qarabağ" ilk matçına evdə çıxacaq.




















































































