UEFA Avropa Liqasının II təsnifat mərhələsində Bolqarıstanda MOİK və “Qarabağ” arasında cavab oyunu başlayıb.
Sportnet.az xəbər verir ki, Sofiyadakı "Vasil Levski” adına Milli Stadionda keçirilən görüş Bakı vaxtı ilə saat 22:00-da start götürüb.
Qarşılaşmanı belçikalı FIFA referisi Bram van Dril idarə edir.
Qeyd edək ki, komandalar arasında ilk matç qolsuz heç-heçə ilə yekunlaşıb - 0:0. Bu cütün qalibi növbəti mərhələdə İsrailin "Makkabi" (Təl-Əviv) klubu ilə qarşılaşacaq.














































































