Futbolçularımın göstərdiyi oyun tərzindən məmnun qalsam da, nəticə məni məyus etdi.
Sportnet.az xəbər verir ki, bu sözləri İslandiyanın “Vestri” klubunun baş məşqçisi Daniel Osafo-Badu UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Qarabağ”a 0:3 hesabı ilə məğlub olduqları ilk oyundan sonra təşkil olunmuş mətbuat konfransında deyib.
Mütəxəssis bildirib ki, “Qarabağ” yüksəksəviyyəli oyun nümayiş etdirdi: “Bəziləri düşünürdü ki, “Qarabağ” bizə 10 qol vuracaq. Lakin belə olmadı. Buraxdığımız hər üç qol öz səhvlərimizdən qaynaqlandı. Cavab qarşılaşmasında bu çatışmazlıqları aradan qaldırmağa çalışacağıq”.
Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması iyulun 16-da İslandiyada olacaq.











































































