“Şəfa” növbəti transferini reallaşdırıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi Dilan Mertens heyətə cəlb olunub.
30 yaşlı niderlandlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Mertens son olaraq ölkəsində “Telstar”ın üzvü olub. O, karyerası ərzində Niderlandın “TOP Oss” və “Volendam” komandalarının formasını geyinib.
Dilan eyni zamanda Rusiyanın “Fakel” (Voronej), Bolqrasıtanın “Botev” (Polivdiv) və “Sarsko Selo” klublarında legioner həyatı yaşayıb.











































































