Fransa millisinin hücumçusu Kilian Mbappe 2026-cı il dünya çempionatının 1/8 finalında Paraqvayla oyundan əvvəl xoşagəlməz hadisə ilə üzləşib.
Sportnet.az xəbər verir ki, 27 yaşlı hücumçu matçöncəsi isinmə hərəkətləri zamanı qapıya zərbə endirərkən top təsadüfən tribunada əyləşən paraqvaylı qadın azarkeşə dəyib.
Hadisədən dərhal sonra Mbappe tribunaya yaxınlaşaraq azarkeşin vəziyyəti ilə maraqlanıb və baş verənlərə görə ondan üzr istəyib. Futbolçu qadının özünü yaxşı hiss etdiyinə əmin olduqdan sonra isinməni davam etdirib.
Qeyd edək ki, Fransa və Paraqvay yığmaları ABŞ-nin Filadelfiya şəhərindəki "Linkoln Faynenşeld Fild" stadionunda keçirilən dünya çempionatının 1/8 final mərhələsində üz-üzə gəlir. Hazırda Fransa öndədir - 1:0. Yeganə qolu penaltidən Kilian Mbappe vurub.










































































