Bu gün 2026-cı il dünya çempionatında II tura start veriləcək.
Sportnet.az-ın məlumatına görə, oyun günündə 2 qrupda 4 qarşılaşma keçiriləcək.
DÇ-2026
II tur
18 iyun
A qrupu
20:00. Çexiya – Cənubi Afrika Respublikası
Baş hakim: Tori Penso (ABŞ)
Atlanta (ABŞ), "Mercedes Bens" stadionu
05:00. Meksika - Cənubi Koreya
Baş hakim: Qustavo Texera (Uruqvay)
Qvadalaxara (Meksika), "Akron" stadionu
Xal durumu: Meksika - 3, Cənubi Koreya - 3, Çexiya - 0, CAR - 0.
B qrupu
23:00. İsveçrə – Bosniya və Herseqovina
Baş hakim: Joau Pinyeyru (Portuqaliya)
Los Anceles (ABŞ), "Sou Fay" stadionu
02:00. Kanada – Qətər
Baş hakim: Kristian Qaray (Çili)
Vankuver (Kanada), "Bi Si Pleys" stadionu
Xal durumu: İsveçrə - 1, Kanada - 1, Qətər - 1, Bosniya və Herseqovina - 1.
Qeyd edək ki, 2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçirilir. Turnirdə 48 milli komanda iştirak edir. Komandalar hərəsində dörd yığma olmaqla 12 qrupa bölünüb.
Dünya çempionatının son qalibi Argentinadır.


















































































