Azərbaycanın U-15 boks milli komandası Qazaxıstanda təşkil olunacaq beynəlxalq turnirdə qüvvəsini sınayacaq.
Sportnet.az xəbər verir ki, məktəbli boksçular arasında keçiriləcək yarış avqustun 6-da start götürəcək.
Qazaxıstanın Akmola vilayətinin Qorğaljın rayonunda təşkil olunacaq beynəlxalq turnir 4 gün davam edəcək.
Məşqçi Etibar Abdullayevin rəhbərliyi altında rəqibləri ilə rinqdə Sərxan Haqverdiyev (70 kq) və Teymur Tanrıverdiyev (+70 kq) üz-üzə gələcəklər.
Qeyd edək ki, beynəlxalq turnirə avqustun 9-da yekun vurulacaq.














































































