"Turan Tovuz" baş məşqçisi Kurban Berdıyev ilə müqavilənin müddətini uzadıb.
Sportnet.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin prezidenti Ehtiram Quliyev jurnalistlərə açıqlamasında məlumat verib.
O, təcrübəli mütəxəssislə uzunmüddətli sistem qurmaq niyyətində olduqlarını vurğulayıb: "Buna görə də onunla 2 illik yeni müqavilə imzaladıq. Biz hazırda sistem komandası formalaşdırırıq. Hər il heyəti darmadağın etmək yox, mərhələli şəkildə 3-4 oyunçu dəyişməklə inkişaf etmək istəyirik."













































































