Amerika Birləşmiş Ştatları Futbol Federasiyası milli komandanın baş məşqçisi Maurisio Poçettino ilə bağlı mühüm qərar qəbul edib.
Sportnet.az xəbər verir ki, qurum argentinalı mütəxəssisin müqaviləsinin müddətini uzadıb.
Yeni müqaviləyə əsasən, 54 yaşlı baṣ məṣqçi 2030-cu ilə qədər ABŞ yığmasının sükanı arxasında qalacaq. O, komandanı 2030-cu ildə keçiriləcək dünya çempionatına hazırlayacaq.
Qeyd edək ki, M.Poçettino 2024-cü ildən ABŞ millisinə rəhbərlik edir. Yığma onun başçılığı altında 2025-ci ildə KONKAKAF Qızıl Kubokunun finalına yüksəlib, 2026-cı il DÇ-də isə 1/8 finala qədər irəliləsə də, bu mərhələdə Belçika səddini keçə bilməyib.
















































































