Azərbaycan çempionatında mübarizə aparan "Neftçi" basketbol komandası baş məşqçi postunu təcrübəli mütəxəssisə həvalə edib.
Sportnet.az xəbər verir ki, "Neftçi" yunanıstanlı mütəxəssislə 2026/2027-ci illər mövsümünün sonunadək müqavilə imzalayıb. Şərtlərə əsasən, mövsüm başa çatdıqdan sonra tərəflər arasında əməkdaşlığın müddəti yenidən dəyərləndiriləcək.
Zəngin oyunçu karyerası ilə diqqət çəkən 42 yaşlı mütəxəssis vaxtilə Avropa basketbolunun nəhəngləri sayılan "Olimpiakos", PAOK, "Unikaxa Malaqa", "Anadolu Efes" və "Bilbao Basket" kimi klubların şərəfini qoruyub.
Məşqçilik karyerasına gəlincə, Vasiliadis son olaraq İspaniyanın "Lusentum Alikante" klubuna (2025-2026-cı illər mövsümü) rəhbərlik edib.















































































