"Qəbələ" futbol klubu heyətini yeni qapıçı ilə gücləndirib.
Sportnet.az xəbər verir ki, komanda Bolqarıstanın "Beroe" klubundan Artur Mottanı icarəyə götürüb.
24 yaşlı braziliyalı qolkiper ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 2024-cü ildən "Beroe"nin şərafini qoruyan Cənubi Amerika təmsilçisi buna qədər vətənində "Fortaleza", "Quarani" və "Sao Kaetano" komandalarının da formasını geyinib.









































































