Yeni mövsümə hazırlığını davam etdirən “Şəfa” və “Turan Tovuz” komandaları növbəti yoxlama görüşlərini keçiriblər.
Sportnet.az xəbər verir ki, “Şəfa” yay təlim-məşq toplanışı çərçivəsində “Araz-Naxçıvan”la qarşılaşıb. Görüş paytaxt təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Komandanın qollarını Musa Quel və İsmayıl Zülfüqarlı vurublar.
Qeyd edək ki, Zaur Həşimovun rəhbərlik etdiyi kollektiv bundan əvvəl “İmişli” (2:2) və “Qəbələ” (1:1) ilə heç-heçə edib.
Türkiyədə təlim-məşq toplanışında olan “Turan Tovuz” isə üçüncü yoxlama matçında “Iğdır” üzərində 1:0 hesablı qələbə qazanıb. Qarşılaşmada yeganə qolu Jo Batista vurub.
Qərb təmsilçisi bundan əvvəl keçirdiyi hazırlıq oyunlarında İranın U-21 millisi və Türkiyənin “Fatih Karagümrük” komandası ilə 1:1 hesablı heç-heçə edib.












































































