“Qarabağ”ı penaltilər seriyasında 5:4 hesabı ilə məğlub edən Bolqarıstanın MOİK klubunun kapitanı Teodor İvanov oyundan sonra açıqlama verib.
Sportnet.az xəbər verir ki, müdafiəçi komandasının xarakter göstərdiyini və azarkeşlərin dəstəyinin böyük rol oynadığını bildirib:
“Bəlkə də “Lokomotiv” (Plovdiv) ilə final oyunu da çox emosional idi. Komandamız növbəti dəfə müstəsna xarakter nümayiş etdirdi və Allah yenə bizimlə idi.
Əsas vaxtdan sonra 2-3 kifayət qədər real qol imkanımız oldu. Onların da şansları var idi. Hətta Fyodor Lapuxov iki möhtəşəm seyvlə bizi xilas etdi. Buna görə ona minnətdarıq.
Penaltilər seriyasından əvvəl idman direktorumuz və atam Valentin İlievdən ilk, yoxsa ikinci penaltini vurmağımızın daha yaxşı olduğunu soruşdum. O isə qərarımdan asılı olmayaraq mənə tam güvəndiyini dedi.
Azarkeşlərimizə dəstəyə görə təşəkkür edirəm. Onlar 120 dəqiqə ərzində dayanmadan bizi dəstəklədilər. Bolqarıstanın ən yaxşı azarkeşləridir. Qoy bundan sonra da bizi dəstəkləsinlər, biz də onların xoşbəxtliyi üçün mübarizə aparaq.
Ötən mövsüm çoxları bizi silmişdi, amma kubok bizim əlimizdə idi. Bizi istəməyənlər çoxdur. Əgər sənin düşmənlərin varsa, deməli, nəyisə düzgün edirsən.
Ümid edirəm ki, növbəti rəqibimiz İsrail "Makkabi Təl-Əviv"ini də məğlub edə biləcəyik. Ən yaxşısı isə qrup mərhələsinə yüksəlmək olardı”.













































































