"Sabah" komandasının UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, bu, Danimarkanın "Orhus" komandasıdır.
Poznan təmsilçisi Avropanın ən nüfuzlu klub turnirinin II raundunda Polşa "Lex"ini mübarizədən kənarlaşdırıb.
İlk matçda "Lex" səfərdə 4:1 hesabı ilə qalib gəlsə də, öz meydançasındakı cavab görüşünün əsas vaxtında uduzub - 0:3. Topların nisbəti bərabərləşdiyindən, əlavə vaxt təyin olunub. Bu bölümdə isə tərəflər hərəyə 1 dəfə fərqləniblər. Penaltilər seriyasında isə "Orxus" daha dəqiq olub - 4:3.
Qeyd edək ki, "Sabah" ilk oyununu 4-5 avqustda səfərdə, cavab görüşünü 11 avqustda evdə keçirəcək.
















































































