Şotlandiyanın “Seltik” klubu danimarkalı hücumçu Kasper Höq ilə müqavilə imzalayıb.
Sportnet.az xəbər verir ki, 25 yaşlı forvardla 30 iyun 2030-cu ilədək nəzərdə tutulan sözləşmə imzalanıb.
Höqün əvvəlki klubu Norveç “Budö-Qlimt”i olub. Onun bu klubla müqaviləsi 31 dekabr 2029-cu ilədək qüvvədə idi.
Danimarkalı futbolçu 2025/26 mövsümündə “Budö-Qlimt”in heyətində 30 oyuna çıxıb, 15 qol vurub və 11 məhsuldar ötürmə edib. O, vurduğu 5 qolla komandasının Çempionlar Liqasında 1/8 finaladək irəliləməsində böyük pay sahibi olub.
“Transfermarkt” portalı Heqin transfer dəyərini 12 milyon avro qiymətləndirir. “Seltik”in futbolçunun transferi üçün ödədiyi məbləğin isə 12,85 milyon avro olduğu bildirilir. "Seltik" Höqü klub tarixinin rekord məbləğinə aldıqlarını açıqlayıb.
Qeyd edək ki, "Seltik" daha əvvəl "Qarabağ"dan Kamilo Duranı 6 milyon avroya alıb. Kolumbiyalı hücumçu da ötən mövsüm Çempionlar Liqasında 5 qol vurub.













































































