Azərbaycanın yunan-Roma güləşçisi Ömər Salmanov Bakıda təşkil olunan U-17 dünya çempionatında bürünc medal qazanıb.
Sportnet.az xəbər verir ki,, 48 kq çəki dərəcəsində yarışan idmançı üçüncü yer uğrunda qarşılaşmada gürcüstanlı Giorgi Çxikvadzeyə qalib gələrək (7:1) Azərbaycana mundialdakı ilk medalı qazandırıb.
Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.
--------
Azərbaycanın yunan-Roma güləşçisi Abdurrahman Hüseynli Bakıda təşkil olunan U-17 dünya çempionatında finala yüksəlib.
Sportnet.az xəbər verir ki, 51 kq çəki dərəcəsində yarışan idmançı yarımfinalda gürücüstanlı Saba Abaşidzeyə (9:3) qalib gələrək həlledici mərhələyə adlayıb.
O, sabah qızıl medal uğrunda görüşdə qüvvəsini sınayacaq.
Qeyd edək ki, Abdurrahman Hüseynli daha əvvəl təsnifat mərhələsində qazaxıstanlı Kuanişbek Janqajolunu, 1/8 finalda əlcəzairli Lyes Bumazanı eyni hesabla (9:0) üstələmişdi. O, 1/4 finalda ermənistanlı Gevorq Harutyunyandan (6:4) güclü olub.
--------
Bakıda keçirilən güləş üzrə U-17 dünya çempionatında Azərbaycanın daha bir yunan-Roma güləşçisi finala vəsiqə qazanıb.
Sportnet.az xəbər verir ki, 45 kiloqram çəki dərəcəsində mübarizə aparan Əli Cavadlı yarımfinal mərhələsində İran təmsilçisi Esmayili Armin Aminlə qarşılaşmalı idi. Rəqib güləşçi görüşə çıxmadığından Azərbaycan təmsilçisi finala yüksəlib.
Əli Cavadlı qızıl medal uğrunda görüşünü iyulun 29-da keçirəcək.
Qeyd edək ki, yığmamızın üzvü 1/8 finalda Bolqarıstan təmsilçisi Oqnyan Burqazovu, 1/4 finalda isə Gürcüstan güləşçisi Luka Bolkvadzeni hər iki görüşdə 9:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlmişdi














































































