Azərbaycanın yunan-Roma güləşçisi İsfahan Həsənov Bakıda keçirilən U-17 dünya çempionatında yarımfinala yüksəlib.
Sportnet.az xəbər verir ki,80 kq çəki dərəcəsində yarışan idmançı 1/4 finalda türkiyəli Abdulxaliq Balı məğlub edib - 5:2.
İ.Həsənov daha əvvəl təsnifat mərhələsində xorvatiyalı Toma Yelençi (6:0), 1/8 finalda isə polşalı Şimon Trederi (1:1) üstələmişdi
------------------
Azərbaycanın yunan-Roma güləşçisi Orxan Həbibli Bakıda keçirilən U-17 dünya çempionatında yarımfinala vəsiqə qazanıb.
Sportnet.az xəbər verir ki, 65 kq çəki dərəcəsində yarışan idmançı 1/4 finalda Özbəkistandan olan Sardor Mahmudovu
9:0 hesabı ilə məğlub edib.
O.Həbibli təsnifat mərhələsində çexiyalı Qaspar Sançezi (8:0), 1/8 finalda isə rumıniyalı Qabriel Lunqunu (18:9) üstələmişdi.
—------------------------------------------
Azərbaycanın yunan-Roma güləşçisi Ömər Salmanov Bakıda təşkil olunan U-17 dünya çempionatındakı yarımfinala yüksəlib.
Sportnet.az xəbər verir ki, 48 kq çəki dərəcəsində yarışan idmançı 1/4 finalda iranlı Esmaeili Leivesi 6:1 hesabı ilə məğlub edib və yarımfinala vəsiqə qazanıb.
Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.











































































