Azərbaycan Premyer Liqasında 2026/2027-ci illər mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib.
Sportnet.az xəbər verir ki, mərasim iyulun 17-də “Holiday Inn” hotelində baş tutacaq. Tədbir saat 15:00-da başlanacaq.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının yeni mövsümü avqustun 14-də start götürəcək.












































































