2026-cı il dünya çempionatının C qrupunda II turun son oyunu keçirilib.
Sportnet.az xəbər verir ki, ABŞ-ın Filadelfiya şəhərində yerləşən “Linkoln Faynenşl Fild” stadionunda Braziliya və Haiti milliləri üz-üzə gəlib.
Görüş Braziliya yığmasının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
İlk topa 23-cü dəqiqədə Mateus Kunya imza atıb. Hücumçu 36-cı dəqiqədə özünün və komandasının ikinci qolunu vuraraq dubla imza atıb. İlk hissənin kompensasiya olunmuş vaxtında isə Vinisius Junior fərqlənərək hesabı 3:0-a çatdırıb.
Qarşılaşmanın 40-cı dəqiqəsində Braziliya millisinin hücumçusu Rafinya zədələnərək əvəzlənib. Futbolçu meydanda ağrılar hiss etdikdən sonra tibbi personalın müdaxiləsinə ehtiyac yaranıb.
İkinci hissədə hesab dəyişməyib və Braziliya turnirdə ilk qələbəsini qazanıb.
Qeyd edək ki, C qrupunun ilk turunda Braziliya Mərakeşlə 1:1 hesablı heç-heçə edib, Haiti isə Şotlandiyaya 0:1 hesabı ilə məğlub olub.
Beləliklə, hələ də xala həsrət olan Haiti millisinin qrupda qalacağı dəqiqləşib.
III turda Braziliya Şotlandiya ilə, Haiti isə Mərakeşlə qarşılaşacaq.
Dünya çempionatı 2026
C qrupu, II tur
Braziliya – Haiti 3:0
Qollar: Mateus Kunya, 23, 36; Vinisius Junior, 45+3
Baş hakim: Alexandro Ernandes (İspaniya)
Filadelfiya (ABŞ), "Linkoln Faynenşel Fild" stadionu.




















































































