Uşaq və gənclər arasında keçirilən "Sabahın Ulduzları" turnirində növbəti oyunlar baş tutub.
Sportnet.az xəbər verir ki, avqustun 4-də U-14 yaş qrupunda I turun son üç oyunu keçirilib. Turnirin bu mərhələsində "Sabah" səfərdə "Sumqayıt"ı minimal hesabla (1:0), "Xan" isə "Zirə"ni 5:1 hesabı ilə məğlub edib. Turun ən bol qollu matçında isə "Neftçi" EFA komandasını 11:4 hesabı ilə üstələyərək ilk tura yekun vurub.
Bu gün isə yarışın U-15 yaş qrupunda II turun görüşlərinə start verilib. Günün ilk matçında "Zirə"nin U-15 komandası "Dinamo"-nu 11:1 hesabı ilə məğlub edib. EFA komandası "Marafon" üzərində 2:1 hesablı çətin qələbə qazanıb. Günün sonuncu oyunu olan "Neftçi" - "Qəbələ" qarşılaşmasında isə hazırda hesab açılmayıb.
















































































