İspaniyanın "Atletiko" klubu heyətini yeni müdafiəçi ilə gücləndirmək niyyətindədir.
Sportnet.az xəbər verir ki, "Hindular" "Tottenhem"in və Argentina milli komandasının mərkəz müdafiəçisi Kristian Romeronu transfer etməyi hədəfləyib. Bu barədə məşhur insayder Matteo Moretto sosial şəbəkə hesabında paylaşım edib.
Madrid təmsilçisi 28 yaşlı futbolçunu cari transfer pəncərəsində baş başlıca hədəfi kimi görür.
Qeyd edək ki, Kristian Romero 2022-ci ildən London klubunun şərəfini qoruyur.














































































