UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Azərbaycan çempionu "Sabah" ilk oyununa çıxıb.
Sportnet.az xəbər verir ki, Valdas Dambrauskasın baş məşqçisi olduğu komanda Bakıda Uels təmsilçisi TNS-i qəbul edib.
"Bank Respublika Arena"da keçirilən qarşılaşma Masazır təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları Velko Simiç və Kahim Parris vurublar.
Azərbaycan klubunun heyətində 90+2-ci dəqiqədə Stiv Solvet ikinci sarı vərəqə alaraq meydandan qovulub.
Çempionlar Liqası
I təsnifat mərhələsi
20:00. "Sabah" - TNS (Uels) - 2:0
Qol: Velko Simiç 66, Kahim Parris 84, Stiv Solvet 90+2 ( Meydandan qovulma)
Baş hakim: Patrik Qritskeviç (Polşa)
"Bank Respublika Arena".
Qeyd edək ki, cütün cavab oyunu iyulun 14-də Uelsin Ozuestri şəhərində baş tutacaq.














































































