Sloveniyada təlim-məşq toplanışında olan "Neftçi" ikinci yoxlama oyununu keçirib.
Sportnet.az xəbər verir ki, "ağ-qaralar" Serbiyanın "Partizan" komandası ilə qarşılaşıb.
Görüş rəqibin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Xatırladaq ki, Bakı klubu ilk yoxlama görüşündə Rumıniyanın "ÇFR Kluj" kollektivinə uduzub - 1:2.












































































