Portuqaliya millisinin ulduz hücumçusu Kriştianu Ronaldu 2026-cı il dünya çempionatının karyerasındakı son mundial olacağını açıqlayıb.
Sportnet.az xəbər verir ki, 41 yaşlı futbolçu bu barədə mətbuat konfransında bildirib.
"Son dünya çempionatı (gülür)... Sonda insan qalır. Səni sevən, onlara unudulmaz anlar yaşada bildiyin insanlar qalır. Yanımızda çalışan insanları görürəm. Bunlar möhtəşəm xatirələrdir.
Sadəcə hər anın dadını çıxarmaq lazımdır. Bəli, bu mənim son dünya çempionatım olacaq. Ondan maksimum zövq almağa çalışacağam", – deyə Ronaldu bildirib.
Qeyd edək ki, 2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikada keçirilir. Mundial iyunun 11-də başlayıb və iyulun 19-da başa çatacaq. Portuqaliya millisi isə mundialın 1/8 final mərhələsində İspaniya ilə üz-üzə gələcək.










































































