"Kəpəz" komandası yay hazırlıq dövründə 3 yoxlama oyunu keçirəcək.
Sportnet.az Gəncə təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, ilk matç iyulun 14-də "Qəbələ"yə qarşı olacaq.
Qarşılaşma Qəbələ şəhər stadionunda gerçəkləşəcək.
İyulun 20-də rəqib "Şamaxı" olacaq. Bu oyun Şamaxı şəhər stadionunda baş tutacaq.
İyulun 26-da isə "Kəpəz" Qəbələ şəhər stadionunda "Sumqayıt"ı sınağa çəkəcək.







































































