"Qarabağ"ın növbəti transferi Bosniya və Herseqovina millisinin qapıçısı Martin Zlomisliç olacaq.
Bu barədə Sportnet.az-a Ağdam komandasının təcrübəli qolkiperi Şahrudin Məhəmmədəliyev məlumat verib.
Onun sözlərinə görə, 27 yaşlı qolkiper yeni kollektivə Avstriyada qoşulacaq.
Zlomisliç hazırda ABŞ, Meksika və Kanadada keçirilən 2026-cı il dünya çempionatında iştirak edir. B qrupunda yer alan Bosniya və Herseqovina millisi 2 turdan sonra 1 xalla 3-cü pillədə qərarlaşıb. Kollektiv qrupun son turunda - iyunun 24-də ABŞ-də Qətərlə üz-üzə gələcək. Zlomisliçin komandası qrupda qalsa, qapıçı birbaşa "Qarabağ"ın düşərgəsinə üz tutacaq. Əks halda, onun yeni klubunun düşərgəsinə qoşulması Bosniya və Herseqovina millisinin mübarizəni dayandırmasınadək ləngiyəcək.
Qeyd edək ki, “Qarabağ” yeni mövsümə hazırlığın ikinci mərhələsi üçün iyunun 22-dən Avstriyada keçirəcək.













































































