"Fulhem" "Trabzonspor"un müdafiəçisi Nvauvu Çibuikeni transfer etmək istəyir.
Sportnet.az xəbər verir ki, bu barədə "Fotomaç" nəşri məlumat yayıb.
London klubu nigeriyalı futbolçu üçün 20 milyon avroluq təklif göndərib. Super Liqa nəhəngi 22 yaşlı mərkəz müdafiəçisini bu məbləğ qarşılığında satmaq istəməyib və təklifi qəbul etməyib.
Qeyd edək ki, "Trabzonspor" Nvauvu Çibuikeni bu ilin yanvarında Avstriyanın "Volfsberger" klubundan transfer edib. Nigeriya millisinin üzvü Qara Dəniz təmsilçisinin heyətində meydana çıxdığı 31 rəsmi matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.


















































































