Bakıda keçirilən U-17 dünya çempionatında mübarizəyə başlayan Azərbaycanın yunan-Roma güləşçiləri Əli Cavadlı və Elmir Çərkəzov yarışa qələbə ilə start veriblər.
Sportnet.az 45 kiloqram çəki dərəcəsində çıxış edən Əli Cavadlı təsnifat mərhələsində Bolqarıstan təmsilçisi Oqnyan Burqazovu 9:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib.
60 kiloqram çəki dərəcəsində mübarizə aparan Elmir Çərkəzov isə ilk görüşündə Qazaxıstan güləşçisi Nurali Askarı 2:0 hesabı ilə üstələyib.
Qeyd edək ki, U-17 dünya çempionatı Bakıda, Milli Gimnastika Arenasında keçirilir. Yarışda 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi iştirak edir. Azərbaycan mundialda 29 pəhləvanla təmsil olunur.










































































