Dövlət Gömrük Komitəsində (DGK) yeni təyinat olub.
Sportnet.az "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov əmr imzalayıb.
Əmrə əsasən, gömrük xidməti polkovnik-leytenantı Faiq Eldar oğlu Orucov Daxilolmalara Nəzarət Baş İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, Şahin Bağırov Azərbaycan Voleybol Federasiyasının prezidenti, Faiq Orucov isə federasiyanın baş katibidir.











































































