Parisdə Xüsusi Olimpiya Birləşmiş Futbol Dünya Kuboku turniri davam edir.
Sportnet.az xəbər verir ki, Azərbaycanın Xüsusi Olimpiya Komitəsinin qadınlardan ibarət “Birləşmiş Futbol” komandası da turnirdə mübarizəyə başlayıb. Təmsilçimiz bu gün Kot d`İvuar yığması ilə qarşılaşır.
Azərbaycan komandası mərhələni adlasa, yarımfinalda ABŞ-Honkonq oyununun qalibi ilə görüşəcək.










































































