"Sumqayıt"ın yeni baş məşqçisi müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, bu, Filipe Kandidodur.
Portuqaliyalı mütəxəssislə 1 illik müqavilə imzalayıb.
Bu gün klubun təsisçisi və baş sponsoru olan “Azərikimya” İB-nin ofisində təşkilatın baş direktoru və klubun Müşahidə Şurasının sədri Elnur Məmmədli yeni baş məşqçini qəbul edib.
Sədr portuqaliyalı mütəxəssisə xatirə hədiyyələri təqdim edib qarşıdakı mövsümdə işlərində uğurlar arzulayıb.











































































