"İmişli" heyətini yeni futbolçu ilə gücləndirib.
Klubdan Sportnet.az-a verilən məlumata görə, Fərid Nəbiyevlə 1 illik müqavilə imzalayıb.
26 yaşlı yarımmüdafiəçinin son klubu “Kəpəz” olub.
Qeyd edək ki, Fərid Nəbiyev karyerası ərzində Çexiyanın "Slaviya” (Praqa"), "Viktoriya” (Jijkov"), eləcə də Azərbaycanın "Turan Tovuz" və "Səbail" klublarının da formasını geyinib.









































































