"Zirə" bu duelin favoritidir”.
Sportnet.az xəbər verir ki, bu sözləri Gürcüstanın “Torpedo” klubunun baş məşqçisi Dirk Şuster UEFA Konfrans Liqasının I təsnifat mərhələsində “Zirə” ilə keçiriləcək ilk oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.
Azərbaycana ilk dəfə gəldiyini bildirən mütəxəssis Bakı klubuna hörmətlə yanaşdıqlarını söyləyib: "Səfər zamanı müəyyən çətinliklərlə üzləşsək də, oyuna yaxşı hazırlaşmışıq. Rəqibi təhlil etmişik, gücünü yaxşı bilirik. Bununla belə, meydanda əlimizdən gələni edəcək, qələbə qazanmaq üçün mübarizə aparacağıq. Ümid edirəm ki, azarkeşlər maraqlı oyunun şahidi olacaqlar".
Qeyd edək ki, iyulun 8-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək "Zirə" - "Torpedo" oyunu saat 20:00-da başlayacaq. Cavab oyunu iyulun 16-da Gürcüstanda baş tutacaq.













































































