2026-cı il dünya çempionatının növbəti oyunu Avstraliya və Türkiyə milliləri arasında keçirilib.
Sportnet.az xəbər verir ki, D qrupunun növbəti oyunu avstraliyalıların minimal üstünlüyü ilə başa çatıb - 2:0.
Kanadanın Vankuver şəhərindəki "Bi Si Pleys" stadionunda oynanılan qarşılaşmada hesab 27-ci dəqiqədə açılıb. Avstraliya millisinin yarımmüdafiəçisi Nestori İrankunda komanda yoldaşlarının qurduğu hücumu dəqiq zərbə ilə tamamlayaraq komandasını önə keçirib. Qolun ötürməsini isə Pol Okon-Enqstler verib.
75-ci dəqiqədə isə Konnor Metkalf uzaqdan zərbə ilə yekun nəticəni müəyyənləşdirib - 2:0.
Qarşılaşma Türkiyə millisinin üstünlüyü şəraitində keçsə də, hücumlar kəsərli alınmayıb.
DÇ-2026
D qrupu
14 iyun
08:00. Avstraliya - Türkiyə - 2:0
Qollar: Nestori İrankunda, 27. Konnor Metkalf, 75
Baş hakim: Xesus Valensuela (Venesuela)
Vankuver (Kanada), "Bi Si Pleys" stadionu
Xatırladaq ki, D qrupunun digər oyununda ABŞ Paraqvayı 4:1 hesabı ilə məğlub edib və hazırda qrup lideridir. Avstraliya növbəti turda ABŞ-la, Türkiyə isə Paraqvayla üz-üzə gələcək.


















































































