UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda "Sabah"a iki qol vuran Danimarkanın "Orhus" komandasının hücumçusu Ceyms Bogere matçdan sonra fikirlərini bölüşüb.
Sportnet.az xəbər verir ki, 18 yaşlı uqandalı futbolçu komandasının son dəqiqəyədək mübarizə aparmasından məmnun qaldığını bildirib:
"İlk növbədə, komandam adına çox sevinirəm. Son dəqiqəyə qədər mübarizəni davam etdirdik. Qollarıma görə də şadam. Uzun müddətdir onları gözləyirdim. Buna görə vurduğum iki gözəl qol və komandamız, həmçinin Orhus şəhəri adına çox xoşbəxtəm.
Bogere bununla belə, cütün taleyinin hələ həll olunmadığını vurğulayıb:
"Hələ heç nə bitməyib. Qarşıda cavab oyunu var. Daha artığı üçün mübarizəni davam etdirməliyik".
Forvard "Orhus" azarkeşlərinin dəstəyindən də danışıb:
"Azarkeşlərin məni sevməsinə görə çox xoşbəxtəm. Burada olduğum üçün sevinirəm. Hər anın zövqünü çıxarıram. Bu, həqiqətən də möhtəşəmdir".















































































