Rusiyanın MOİK klubu heyətini yeni hücumçu ilə gücləndirmək niyyətindədir.
Sportnet.az xəbər verir ki, Moskva təmsilçisi Yunanıstanın "Olimpiakos" klubunda və İran milli komandasında çıxış edən Mehdi Taremi ilə yaxından maraqlanır.
Lakin MOİK-in bu transferdə işi asan olmayacaq. 34 yaşlı təcrübəli forvardı heyətinə qatmaq üçün Fransanın "Lill" klubu da ciddi cəhd göstərir.
Qeyd edək ki, Mehdi Taremi ötən mövsüm "Olimpiakos"un formasını geyindiyi 39 rəsmi matçda 16 gol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Təcrübəli hücumçu İran millisinin heyətində keçirdiyi 107 oyunda 58 dəfə fərqlənməyi bacarıb.














































































