Azərbaycan millisinin sabiq futbolçusu Elvin Yunuszadə Türkiyənin “Boluspor” komandasına keçib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, tərəflər arasında müqavilə imzalanıb.
Sözləşmənin detalları açıqlanmayıb.
Qeyd edək ki, ötən mövsümü “Karvan-Yevlax”da keçirən Elvin Yunuszadə karyerası ərzində “Neftçi”, “Sabah” və “Qarabağ” kimi klubların da formasını geyinib.














































































