Braziliyada təşkil olunan xeyriyyə tədbirində idman dünyasının iki ulduz siması bir araya gəlib.
Sportnet.az xəbər verir ki, MMA döyüşçüsü Aleks Pereyra "Santos"un hücumçusu Neymarla görüşüb.
Qeyd edək ki, peşəkar karyerasına 2015-ci ildə başlayan "Poatan" ləqəbli Pereyra UFC-nin orta və yarımağır çəki dərəcələrində çempionluq kəmərinə yiyələnib. O, keçirdiyi döyüşlərdə 13 qələbə (11-i nokautla) qazanıb və 4 məğlubiyyətlə üzləşib. Pereyra eyni zamanda Braziliya ciu-citsusu və kikboks üzrə qara kəmər sahibidir.















































































