“Turan Tovuz” klubunun İdarə Heyətinin sədri Ehtiram Quliyev “Fənərbağça”nın prezidenti Aziz Yıldırımla Bakıda işgüzar görüş keçirib.
Tovuz təmsilçisindən Sportnet.az-a verilən məlumata görə, tərəflər arasında keçirilən müzakirələr zamanı “Turan Tovuz” – “Fənərbağça” yoldaşlıq oyununun təşkili ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb və oyunun növbəti milli fasilə dövründə keçirilməsi qərara alınıb.
Bununla yanaşı, klublar arasında mümkün əməkdaşlıq perspektivləri də müzakirə olunub. Tərəflər əlaqələrin davamlı inkişaf etdirilməsi və gələcəkdə birgə layihələrin həyata keçirilməsi istiqamətində razılıq əldə ediblər











































































