Türkiyənin Kocaeli şəhərində güləş üzrə Hasan Gemici və Qazanfer Bilgenin xatirə turnirinə start verilib.
Sportnet.az xəbər verir ki, ilk yarış günündə sərbəst güləşdə 57, 70, 86 və 125 kq-da, yunan-Roma güləşində isə 55, 67, 82 və 130 kq-da qaliblər müəyyənləşib.
Ənənəvi turnirin ilk günündə 4 idmançı fəxri kürsüyə qalxıb. Sərbəst güləşdə Xetaq Karsanov (125 kq) gümüş, Ramik Heybətov (70 kq) isə bürünc medal qazanıb.
Yunan-Roma güləşində isə 130 kq-da yer alan milli üzvləri ilk “3-lük”də yer alıb. Sərxan Məmmədov gümüş, Beka Kandelaki isə bürünc medalı boynundan asıb.
Yarışa sabah yekun vurulacaq.









































































