Ötən gün "Sumqayıt"ın baş məşqçi postuna təyin olunan Filipe Kandiduya ölkəsi Portuqaliyadan da maraq olub.
Sportnet.az Portuqaliya mətbuatına istinadən xəbər verir ki, 46 yaşlı mütəxəssis "Sportinq"in ikinci komandasından təklif alıb.
Lakin çalışdırıcı "kimyaçılar"a gəlməyi üstün tutub.
Qeyd edək ki, "Sumqayıt" əcnəbi baş məşqçi ilə 1 illik müqavilə imzalayıb.












































































