"Elvin Cəfərquliyevin başqa komandalara transferi alınmadı, biz "yox" deməyəcəkdik".
Sportnet.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
O bildirib ki, təcrübəli oyunçunun kollektivə qayıdışına dair ətraflı hesabat verməyə ehtiyac yoxdur: "Hər halda qayıtdı. Bəzi görüşlər oldu. İstəməzdik ki, istər yerli, istərsə də əcnəbi futbolçumuz heyətdən kənarda qalsın. Hər bir halda hamımız əl-ələ verməliyik. Lazımi anda, lazım olduqda hansısa sərt reaksiyanı verməliyik".











































































