Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçilərindən olan “Zirə” yarışda mübarizəyə başlayıb.
Sportnet.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda I təsnifat mərhələsində Gürcüstanın “Torpedo” komandası ilə qarşılaşıb.
Sumqayıtdakı “SOCAR Polymer Arena"da keçirilən görüş Azərbaycan təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları Ruan Renato (2 qol) və Davit Volkov vurublar
UEFA Konfrans Liqası
I təsnifat mərhələsi, ilk oyun
20:00: "Zirə" (Azərbaycan )- "Torpedo" (Gürcüstan ) - 3:0
Qol: Ruan Renato, 32, 63-pen, Davit Volkov, 47
Baş hakim: Yuri Hüytiya (Finlandiya)
Sumqayıt, “SOCAR Polymer Arena"
Qeyd edək ki, komandalar arasında cavab görüşü iyulun 16-da Gürcüstanda baş tutacaq.













































































