2026-cı il dünya çempionatının qrup mərhələsinin Argentina - Avstriya oyununda (2:0) tribunada maraqlı an yaşanıb.
Sportnet.az xəbər verir ki, matç zamanı tribunada “100 yaşlı Messi fanatı” yazılmış plakatla azarkeş diqqət mərkəzinə düşüb.
Sözügedən görüntü yayım zamanı kameralar tərəfindən də qeydə alınıb.
Bu qarşılaşmada Lionel Messi iki qol vuraraq dünya çempionatları tarixində ən çox qol vuran futbolçu adına yiyələnib. Onun mundiallardakı qollarının sayı 18-ə çatıb.
Beləliklə, o, 16 qolla rekord sahibi olan Mirislav Klozenin göstəricisini geridə qoyub.
Qeyd edək ki, həmin azarkeş daha əvvəl də Lionel Messinin çıxış etdiyi “İnter Mayami” klubunun oyunlarında kameraya düşmüşdü.
Argentina 2:0 hesablı qələbə ilə qrupda ardıcıl ikinci qalibiyyətini qazanıb və 6 xalla J qrupunda liderliyini davam etdirir. Komanda həmçinin 1/8 final mərhələsinə vəsiqəni təmin edib.









































































