Azərbaycanın paracüdo üzrə kişilərdən ibarət millisi Göygöl Olimpiya İdman Kompleksində təşkil olunan təlim-məşq toplanışını başa vurub.
Bu barədə Sportnet.az-a Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən bildirilib.
Qeyd edək ki, paracüdoçular avqustun 14-16-da Almaniyanın Heydelberq şəhərində keçiriləcək Avropa çempionatında mübarizə aparacaqlar.













































































