UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Orhus” – “Sabah” oyunu komandaların nəqliyyatda yaranmış tıxac səbəbindən stadiona planlaşdırılandan gec çatması ilə əlaqədar əvvəlcədən nəzərdə tutulduğu kimi Bakı vaxtı ilə saat 20:30-da deyil, saat 21:10-da başlayacaq.
Sportnet.az-ın məlumatına görə, bu barədə "Sabah" klubunun mətbuat xidməti xəbər yayıb.
----------------------------
Çempionlar Liqasında III təsnifat mərhələsinin Danimarkada "Orhus" və "Sabah" arasında keçiriləcək ilk oyunu nəzərdə tutulan vaxtdan yarım saat sonra - 21:00-da başlayacaq.
Sportnet.az xəbər verir ki, bu barədə İTV-nin oyuna ezam olunmuş əməkdaşı Kənan Hakimov sosial şəbəkə hesabında məlumat paylaşıb.
Buna səbəb Orhus şəhərindən Randersə gedən yolda avtoqəzanın baş verməsidir. Nəticədə tıxac yaranıb və komandaları gətirən avtobuslar yubanıblar.
Qeyd edək ki, "Orhus" klubunun ev oyunlarını keçirdiyi stadion yenidən qurulduğundan avrokubok oyunlarını "Randers" stadionunda keçirilir.















































































