Yeni mövsümdə futbol üzrə Azərbaycan I Liqasında çempionluğu hədəfləyən “Səbail” təlim-məşq üçün Türkiyəyə yollanacaq.
Sportnet.az xəbər verir ki, bu barədə AZƏRTAC-a klubun yeni prezidenti Mirzə Bayrampur məlumat verib.
O, avqust ayında komandanın Bolu şəhərində təlim-məşq toplanışı keçirəcəyini bildirib.
Qeyd edək ki, I Liqada mövsüm sentyabrın 3-də start götürəcək.













































































