Futbol üzrə 2026-cı il dünya çempionatında bu gecə 1/4 final mərhələsinin son iki görüşü keçiriləcək
Sportnet.az xəbər verir ki, günün ilk matçında Norveç millisi İngiltərə yığması ilə üz-üzə gələcək. Digər qarşılaşmada isə son dünya çempionu Argentina seçməsi İsveçrə ilə münasibətlərinə aydınlıq gətirəcək.
DÇ-2026
1/4 final
12 iyul
01:00. Norveç – İngiltərə
Baş hakim: Kleman Turpin (Fransa)
Mayami, (ABŞ), Hard Rok stadionu
05:00. Argentina – İsveçrə
Baş hakim: Juau Pineyru (Portuqaliya
Kanzas (ABŞ), Arrohed stadionu
Qeyd edək ki, 1/4 finalın ilk iki oyununda Fransa Mərakeşə 2:0, İspaniya isə Belçikaya 2:1 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.











































































