2026-cı il dünya çempionatında bu gecə 2 oyun keçirilib.
Sportnet.az xəbər verir ki, əvvəlcə Uruqvay Kabo Verde ilə qarşılaşıb.
ABŞ-ın Mayami şəhərində keçirilmiş H qrupunun II turunun matçında hesab 2:2 olub.
Uruqvayın heyətində Maksimiliano Arauxo (44) və Aqustin Kanobbio (45+6) fərqləniblər. Kabo Verde yığmasında isə Kevin Pina (21) və Helio Varella (61) diqqət mərkəzinə düşüblər.
Digər oyunda Misir Yeni Zelandiya ilə qarşılaşıb.
"BC Place" stadionunda keçirilən G qrupunun II turunun matçında afrikalılar 3:1 hesablı qələbə qazanıblar.
Hesabı Yeni Zelandiya yığmasından Finn Serman (15) açıb. İkinci hissədə geri dönüş edən misirlilər Mustafa Ziko (58), Məhəmməd Salah (67) və Trezeqenin (83) qolları ilə 3 xal əldə ediblər.
Misir tarixində ilk dəfə dünya çempionatında qalib gəlib. Onlar əvvəllər çempionatda 8 oyun keçirmiş, 3 heç-heçə etmiş və 5 məğlubiyyətlə üzləşmişdilər.








































































